Bank

Əkrəm Həsənov “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri seçilib

Əkrəm Həsənov “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri seçilib | FED.az
11:04 4 May 2017

Tanınmış hüquqşünas, “Antikollektor” MMC-nin direktoru Əkrəm Həsənov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri seçilib. O, bu barədə özü məlumat verib.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı qərar Komitənin ötən gün keçirilmiş II iclasında qəbul edilib: “Komitə üzvləri mənim namizədliyimi irəli sürdü. Bir nəfər bitərəf istisna olmaqla, digər bütün üzvlər, banka qarşı iri tələbləri olan şirkətlər də lehimə səs verdi və mən Komitənin sədri seçildim”.

Ə.Həsənov onu da bildirib ki, Kreditorlar Komitəsinin növbəti iclası mayın 24-də, saat 15:00-da keçiriləcək.

Digər xəbərlər

Banner