Bank

Elman Rüstəmov: «AGBank» və «NBC Bank»da vəziyyət ürəkaçan deyil

Elman Rüstəmov: «AGBank» və «NBC Bank»da vəziyyət ürəkaçan deyil | FED.az
21:15 6 May 2020

Hazırda bağlanmayan, amma müvəqqəti inzibatçı təyin edilən iki bankda - «AG Bank» və «NBC bank»da vəziyyət ürək açan deyil.

Eləcə də bax: Bankların bağlanma səbəbləri açıqlandı – "80% PROBLEMLİ KREDİTİ OLUB"

FED.az xəbər verir ki, AMB-nin rəhbəri Elman Rüstəmov Real TV-yə müsahibəsində bildirib ki, sözügedən banklarda ciddi problemlərin olduğunu qeyd edib.

«AG Bank»da vəziyyət ürək açan deyil. Bankın mənfi kapitalı mənfi 145 milyon manata düşüb. Yəni normal fəaliyyətə başlamaq üçün 195 milyon manat vəsait tələb edilirdi. Bankın problemli kreditləri isə 54 faiz təşkil edib»-deyə baş bankir bildirib.

«NBC bank»a gəlincə, E.Rüstəmov bildirib ki, bankın kapitalı  inzibatçı təyin edilən anda mənfi 23 milyon manat olub. Onun da normal fəaliyyəti üçün 73 milyon manat tələb olunur. Problemli kreditləri isə 32 faiz olub.

Digər xəbərlər

Banner