Bank

"Expressbank" Yasamal filialını yeni ünvanda müştərilərinə - TƏQDİM ETDİ!

"Expressbank" Yasamal filialını yeni ünvanda müştərilərinə - TƏQDİM ETDİ! | FED.az
12:28 18 İyun 2020

Ölkəmizin ilk kommersiya banklarından biri olan “Expressbank” Yasamal filialını yeni ünvanda müştərilərinin xidmətinə verib.

Eləcə də bax: Yenilənmiş Expresso kartları ilə - DAHA GENİŞ İMKANLAR!

FED.az xəbər verir ki, indi Yasamal filialı, daha rahat ünvanda, daha geniş interyeri və müasirliyi ilə diqqət çəkir.  Filial həm biznes, həm pərakəndə bankçılıq istiqamətində müxtəlif bank xidmətləri təklif edir. Biznesini genişləndirmək istəyən kiçik və orta sahibkarlar, həmçinin iri biznes sahibləri müraciət edərək sərfəli kredit şərtlərindən yararlana bilərlər. Hüquqi şəxslər üçün də xüsusi şərtlər, fərdi tariflər nəzərdə tutulub.

COVİD-19 pandemiyası ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq, bank həmçinin filiallarının iş rejımi və daxili qaydaları haqqında da məlumat yayıb. Belə ki, bankın bütün filialları bazar ertəsi-cümə, saat 9:00-dan 18:00-dək müştərilərin xidmətindədir. Nazirlər Kabinetinin xüsusi karantin rejımində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən, istər müştərilər, istərsə də bank əməkdaşları filial daxili mütləq qaydada tibbi maskada olmalı, ara məsafələrini qorumalıdırlar.

Qeyd edək ki, Expressbank-ın Yasamal filialı Həsən bəy Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Digər xəbərlər

Banner