Bank

Fiziki şəxslərə görə, bankın depozit portfeli - AZALIB - HESABAT

Fiziki şəxslərə görə, bankın depozit portfeli - AZALIB - HESABAT | FED.az
17:44 29 Yan 2020

“Bank Avrasiya”ya yatırılan depozitlər azalıb.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

FED.az bankın maliyə hesabatına istinadən xəbər verir ki, ötən il banka depozitə yatırılan pulların məbləği azalıb.

Belə ki, 2019-cu ildə “Bank Avrasiya”nın depozit portfeli  53 milyon 822 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 633 min manat və ya 1,2% azdır.

Eləcə də bax: Daha bir bankın vəziyyəti - MƏLUM OLDU – HESABAT

Bankda əsas azalma fiziki şəxslərin yatırdığı depozitlərdə olub. 2019-cu ildə bankda fiziki şəxslərin depozitlərinin məbləği 38 milyon 985 min manat təşkil edib. Bu da 2018-ci illə müqayisədə 6 milyon 567 min manat və ya 14,4% azdır. 2018-ci ildə bankda fiziki şəxslərin depozitləri 45 milyon 552 min manat təşkil edib.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

Bankda hüquqi şəxslərin depozitləri  2019-cu ildə 14 milyon 838 min manat olub. Bu məbləğ 2018-ci illə müqayisədə 5 milyon 934 min manat və ya 66,6% çoxdur. Qeyd edək ki, 2018-ci ildə bankın hüquqi şəxslərin depozitləri 8 milyon 904 min manat təşkil edib.

Digər xəbərlər

Banner