Bank

Fonda pul ayıran BANKLARIN SİYAHISI - YENİLƏNİB

Fonda pul ayıran BANKLARIN SİYAHISI - YENİLƏNİB | FED.az
22:47 24 Mart 2020

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

FED.az Fonda könüllü ödəmə edən bankların siyahısını təqdim edir. 

Azərbaycan Beynəlxalq Bankı - 2 milyon manat 

PAŞA Bank – 500 min manat

Kapital Bank- 500 min manat

Xalq Bank - 500 min manat

AccessBank - 250 min manat

Azərbaycan Sənaye Bankı - 250 min manat 

Unibank - 220 min manat 

Muğanbank - 200 min manat

Amrahbank - 200 min manat

Bank Respublika - 200 min manat

Bank of Baku - 150 min manat 

Expressbank - 150 min manat

Yelo Bank - 150 min manat 

Bank BTB - 150 min manat 

Turanbank - 100 min manat

Azər-Türk Bank -100 min manat

AGBank - 100 min manat    

NBC Bank - 100 min manat

Günay Bank - 100 min manat

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat  ayrılıb.

Digər xəbərlər

Banner