Banner

Bank

“Günay Bank”ın səhmdarlarının - YIĞINCAĞI KEÇİRİLƏCƏK

“Günay Bank”ın səhmdarlarının - YIĞINCAĞI KEÇİRİLƏCƏK | FED.az
11:26 4 İyun 2020

İyulun 4-də, saat 15:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Eləcə də bax: Azərbaycanda bankın vaxtı keçmiş kreditləri - 60%-İ KEÇİB – HESABAT

FED.z xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3A ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyi açıqlanmayıb. 

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Digər xəbərlər

Banner