Banner

Bank

Hansı banklar avtomobil krediti verir? - ŞƏRTLƏR

Hansı banklar avtomobil krediti verir? - ŞƏRTLƏR | FED.az
10:19 23 Yan 2019

Təxminən 4-5 il əvvəl Bankların istehlak kreditləri  arasında ən çox tələbat olunanlardan biri avtomobil kreditləri idi. Devalvasiyalardan öncə manatın dollara qarşı olan məzənnəsinin yüksək olması avtomobillərin qiymətinə təsir edir və yeni avtomobillərə tələbatı artırırdı. FED.az xəbər verir ki, paralel olaraq da Banklar tərəfindən avtomobil kreditləri üzrə cazib şərtlər təklif edilirdi. Belə ki, 20-30% arası ilkin ödənişlə əksər Banklardan avtomobil krediti əldə etmək mümkün idi. İllik faiz dərəcəsi isə 15-18% arası dəyişirdi. Hətta bəzi Banklar tərəfindən satışların artırılması məqsədilə mütəmadi kampaniyalar keçirilir, sığorta komissiya və s.bank xərcləri müştərilərə hədiyyə edilirdi.

Lakin devalvasiyalar çox şeyi dəyişdi. Xaricdən valyuta ilə alınan yeni avtomobillərin qiyməti demək olar ki 2 dəfədən çox bahalaşdı. Paralel olaraq ölkədə avtomobil kreditlərinin satışlarına mənfi təsir göstərən bəzi qərarlar qəbul edildi. Bu qərarlara misal olaraq minimum 50% ilkin ödəniş tələbinin tətbiq edilməsi, avtomobil krediti əldə edən şəxsin rəsmi gəliri olması tələbi və s. misal göstərə bilərik. Qısacası devalvasiyanın ən çox “vurduğu” kredit məhsullarının başında avto kredit gəlir desək yəqin ki çoxları bizimlə razılaşar.

Eləcə də bax: Banklar 2018-i necə başa vurdu? - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR

Hal-hazırda avtomobil almaq istəyən şəxslər ən çox lizinq şirkətlərinə müraciət edirlər. Səbəb isə bu şirkətlərdə ilkin ödəniş tələbinin daha aşağı olması və kreditlərin uzunmüddətli rəsmiləşməsidir.

Bəs Banklarımızda indi vəziyyət necədir? Banklar avto kredit verirmi? Şərtlər cazibdirmi? Hansı Bankın şərtləri daha uyğundur? Aşağıda cari tarixə olan bazar araşdırmasını Sizə təqdim edirik.
 

Bank

İlkin ödəniş

Müddət

İllik faiz

Komissiya

Hansı avtomobillər kreditləşir?

Amrahbank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

İşlənmiş avtomobillər – 80%

36 ayadək

6 – 12 ay – 21%

13 – 24 ay – 22%

25 – 36 ay – 23%

İşlənmiş avtomobillər üzrə + 2%

1%

– Toyota, Mercedes, Lexus – 2010-cu ildən başlayaraq

– Kia, Hyundai, Nissan, İnfinity, BMW, Audi, Volkswagen – son 6 ilin avtomobili

– Sport avtomobillər maliyyələşmir

Atabank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

İşlənmiş avtomobillər – 80%

48 ayadək

Yeni avtomobillər

12 ayadək – 20%

24 ayadək – 22%

36 ayadək – 24%

48 ayadək – 26%

İşlənmiş avtomobillər

12 ayadək – 21%

24 ayadək – 23%

36 ayadək – 25%

1%

  • İstənilən markalı yeni avtomobillər və istehsal istehsal tarixi 1 ildən çox və 5 ildən az olan işlənmiş avtomobillər.

  • Rusiya istehsalı avtomobillər kreditləşmir.

Bank Respublika

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

36 ayadək

12 ayadək – 18%

24 ayadək – 21%

36 ayadək – 22%

1%

“Group Motors” şirkətləri tərəfindən satılan (Honda, Mazda, Subaru, Mitsubishi,Toyota ) və istehsal tarixi 1 ildən az müddət keçən avtomobillər.

NBC Bank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

İşlənmiş avtomobillər – 80%

60 ayadək

36 ayadək – 18%

48 ayadək – 19%

60 ayadək – 20%

3%

“Nurgun Motors” şirkətləri tərəfindən satılan Nissan, İnfiniti, Ford, Renault markalı olan avtomobillər.

Rabitəbank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

36 ayadək

12 ayadək – 16%

24 ayadək – 18%

36 ayadək – 19%

1%

Yalnız istehsal tarixindən 1 il keçməmiş yeni avtomobillər kreditləşir.

Kreditləşməsi mümkün olmayan avtomobillər:

1) Bütün növ idman avtomobilləri (iki qapılı)

2) Bütün növ limuzin tipli avtomobillər

3) Hummer, Bentley, AzSamand, Citroen, Saab, Volvo, Ssang Yong, Peugeot, Jaguar, Renault, Mercedes A class, Audi TT, Cherry markalı avtomobillər.

Turanbank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

İşlənmiş avtomobillər – 80%

36 ayadək

12 ayadək – 18%

24 ayadək – 19%

36 ayadək – 20%

İşlənmiş avtomobillər üzrə + 1%

1%

1. “Mercedes” markalı avtomobillər (A və B modelləri istisna olmaqla) – 2004-ci ildən başlayaraq istehsal olunmuş avtomobillər.

2. “BMW” markalı avtomobillər (yalnız 5 seriyalı model) – 2006-ci ildən başlayaraq istehsal olunmuş avtomobillər.

3. “Toyota” markalı avtomobillər (Prado, Land Cruiser modelləri) – 2007-ci ildən başlayaraq istehsal olunmuş avtomobillər.

4. “Mitsubişi Pajero” markalı avtomobillər – 2007-ci ildən başlayaraq istehsal olunmuş avtomobillər.

5. “Lexus” markalı avtomobillər (LX, GX və RX modelləri) – 2007-ci ildən başlayaraq istehsal olunmuş avtomobillər.

Kreditləşəcək avtomobillərin yürüşü maksimum 100 000 km  olmalıdır.

6. “Hyundai” markalı minik avtomobilləri – 2010-cu ildən başlayaraq istehsal olunmuş avtomobillər.

7. “Kia” markalı minik avtomobilləri – 2010-cu ildən başlayaraq istehsal olunmuş avtomobillər.

“Hyundai” və “Kia” markalı minik avtomobilləri üzrə kreditləşəcək avtomobillərin yürüşü maksimum 60 000 km ola bilər.

Yapıkredi Bank

Yeni avtomobillər(avtomobilin dəyərindən asılı olaraq)

30 000 AZN-dək olarsa –  50%

30 000 AZN-dən çox olarsa – 40%

İşlənmiş avtomobillər – 80%

36 ayadək

Yeni müştərilər – 19%

Təkrar müştərilər – 18%

1.5%

Yalnız istehsal tarixindən 1 il keçməmiş yeni avtomobillər kreditləşir.

Digər xəbərlər

Banner