Bank

«Kapital Bank» 1 rübdə 95 milyon manat qazanıb – RƏQƏMLƏR, HESABAT

«Kapital Bank» 1 rübdə 95 milyon manat qazanıb – RƏQƏMLƏR, HESABAT | FED.az
10:49 14 İyul 2020

«Kapital Bank» ASC 2020-ci ilin ilk yarısının maliyyə yekunlarını açıqlayıb. 

Eləcə də bax: Kartlardakı məhdudiyyətlə bağlı - "KAPİTAL BANK"DAN AÇIQLAMA

FED.az xəbər verir ki, Kapital Bankın dövr üzrə xüsusi ehtiyatlara ayırmalardan əvvəl  mənfəəti 132 milyon 520 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici üzrə bank 117 milyon 763 min manat mənfəət əldə etmişdir.

Yanvar-iyun aylarında "Kapital Bank"ın gəlirləri 316,8 milyon manat (illik müqayisədə 19,1% çox), xərcləri 151,1 milyon manat (17,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 38 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 33,2 milyon manat (68,6% çox) təşkil edib.

İlk yarım ilin nəticələrinə görə, «Kapitalbank»ın faiz gəlirləri ötən 215,8 milyon manat təşkil edib, bu əvvəlki illə müqayisədə 13,6% artıqdır. Bu dövrdə bank kreditlər üzrə faizlərdən 185 milyon gəlir lədə edib, ötən ildən 30 milyon manat artıqdır. Qiymətğli kağızlardan gəlirlər isə .30-% azalaraq 12,6 milyon təşkil edib.

Bankın faiz xərcləri isə 8 milyon manat azalaraq 32 milyondan 24 milyon manata enib. Bu əsasən depozitlər üzrə faizlərin azalması ilə (30,5 milyondan 21,8 milyona enib) bağlıdır.

İlk yarım ildə «Kapitalbank» qeyri faiz gəlirlərini kəskin artıraraq 76,1 milyondan 101 milyon manata çatdırıb (32,6% artım var). Bankın təkcə haqq və komissiya gəliri 26 milyon manat artaraq 64 milyon manatdan 90 milyon manata çatıb. 

İlk yarım ildə bankın qeyri-faiz xərcləri də 30 milyon manatdan çox artaraq 127,1 milyon manatı keçib. Gəlirləri kəskin artan bank işçilərinə xəsislik etməyib – ötən illə müqayisədə bankda maaşların həcmi 20 milyon manat və ya 40%-dən çox artaraq 50 milyon manatdan 70 milyon manata yüksəlib.

Başqa sözlə, ilk yarım ildə bankın əməliyyat mənfəəti 132,5 milyon manat olub. Ötən il isə bu göstərici 117,8 milyon manat idi.  

«Kapitalbank»ın gəlirlərin artıran digər məqam xüsusi ehtiyatlara ayırmalar üzrə 38 milyon manata qənaət etməsi olub. Ötən il bu məqsədlə bank 44,6 milyon manat ayırmışdı.

Nəticədə bank ilk yarım ili indiyədək görünməyən məbləğdə 170 milyon manat xalis mənfəətlə başa vurub.

Bu ilin birinci rübündə bankın 75 milyon manata yaxın xalis mənfəəti olduğunu xatırlasaq, pandemiya dövrünə təsadüf edən ikinci rübdə «Kapitalbank» təmiz 95 milyon manat qazanıb.

Bu il iyulun 1-nə "Kapital Bank"ın aktivləri 4 870,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 33% çoxdur. Bunun 1 875,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,4% böyüyüb.

İlk yarım ildə bankın istehlak kreditləri 28,2%, biznes kreditləri 44,6%, daşınmaz əmlak – ipoteka kreditləri isə 26,7% artıb.

Hesabat dövründə "Kapital Bank"ın öhdəlikləri 32,2% artaraq 4 361,9 milyon manata, o cümlədən depozit portfeli  26,5% artaraq 3 625,8 milyon manata çatıb. Bu dövrdə bankdakı əmanətlər 5,7% artaraq 580 milyon manata yaxınlaşıb. Hüquqi şəxslərin depozitlərində isə sıçrayışlı artım baş verib – 555 milyon manat və ya 31% artaraq 2 milyard 329 milyon manata çatıb.

Bankın aldığı kreditlər də təqribən 100 milyon manat artaraq 320 milyon manatı keçib.

Balans kapitalı isə təxminən 40% artaraq 508,6 milyon manata çatıb. Bunun təqribən yarımı bölüşdürülməmiş mənfəətdir.

Digər xəbərlər