Bank

“Kapital Bank” elektron ticarətlə məşğul olanlara güzəştlər - TƏQDİM EDİR

“Kapital Bank” elektron ticarətlə məşğul olanlara güzəştlər - TƏQDİM EDİR | FED.az
12:21 1 Aprel 2020

Son günlər ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq “Kapital Bank”la əməkdaşlıq etmək istəyən elektron ticarət (e-Commerce ) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilər.

Eləcə də bax: "Kapital Bank"dan təqaüdçülərə - GÜZƏŞT!

Belə ki, “Kapital Bank”la əməkdaşlıq etmək istəyən sahibkarlar 3 iş günü ərzində partnyorlar sırasına tam olaraq pulsuz qoşula bilər. Həmçinin kampaniya müddətində partnyorlara həm taksitli əməliyyatlar, həm də birdəfəlik ödəniş üçün endirimli komissiyalar təklif olunur.

Müraciət etmək istəyənlər (050) 255 01 96 , (051) 206 52 49 nömrələri və ya “[email protected]” ünvanı ilə əlaqə saxlaya bilərlər. Kampaniya mayın 31-dək davam edəcək.

Bundan başqa, sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil smart kassaları da “Kapital Bank”dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, cashback və millərin dərhal hesablanması, “BirBank” ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Digər xəbərlər