Bank

"Kapital Bank"dan iş adamları və rəqib banklara sürpriz – YENİ MƏHSULLAR

"Kapital Bank"dan iş adamları və rəqib banklara sürpriz – YENİ MƏHSULLAR | FED.az
08:27 3 Fev 2020

Son bir ildə «Kapitalbank»ın sahibkar müştərilərinin sayı iki dəfə artaraq 7 mindən 13,5 minə yüksəlib.

FED.az xəbər verir ki, bu barədə Kapitalbankın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə bildirib.

Eləcə də bax: Bakıda 600 iş adamı bir yerə toplandı - “PARTNERS AND BUSİNESS”

Onun sözlərinə görə, bank bu il iş adamları üçün yeniliklərə başlayır, dəyişikliklər 3 istiqaəti əhatə edəcək. Buraya iş adamları üçün biznes mərkəzi xidməti,  yeni məhsulların yaradıması və rəqəmsal kanalların inkişafı aiddir.

Eləcə də bax: Əmlakınızı "Kapital Bank"da sığortalayın! - İLK DƏFƏ

F.Hidayətzadə bildirib ki, biznes mərkəz dedikdə bank filialı nəzərdə tutulur – filialda sahibkarlar üçün ayrıca bölmə yaradılacaq, iş adamlarına burada növbəsiz xidmət göstəriləcək: «Sahibkarlara xidmət üçün ayrıca işçilər - müştəri menecerləri ayrılacaq və onlar 24 saat ərzində sahibkarların bütün suallarına cavab verəcəklər». 

Bundan başqa, bank iş adamları üçün overdraft və faktorinq məhsulları təqdim edib. Bu zaman sahibkarların fəaliyyəti analiz edilmi, yalnız son 6 aydakı dövriyyəsini göstərmək kifayət edir: «Overdraft məhsulunu sahibkarların ani likvidliyə olan ehtiyaclarını ödəmək üçün təqdim edirik, bu zaman heç bir analiz aparılmır. Tutaq ki, sahibkarın ayda 200 min manatıq dövriyyəsi var onun 30% həcmində yəni 60 min manatlıq likvidlik verilir».

Faktorinq məhsulu isə işi adamlarının debitor (yəni alacaqları) borclarına əsaslanan xidmətdir: «Hansısa iş görülübsə və ya xidmət göstərilibsə, ödəniş üçün sənədlər təqdim edilibsə, sizə olan borcun 90%-ə qədər olmaqla, vəsait əldə edə bilərsiniz. Alacağınız vəsait daxil olanda həmin 90% qaytarılır, qalan 10% hesabda qalır.

Digər maraqlı yenilik iş adamları üçün komissiya haqlarını əvəz edən standart paketlərdir. Həmni paketləri əldə edən iş adamları bankda apardıqları əməliyyat üçün komissiya haqqı ödəməyəcəklər: «Hesablama göstərir ki, ayda 200 min manat dövriyyəsi olan sahibkar il ərzində bankdakı əməliyyatlara 10 min manat komissiya haqqı ödəyir. 3600 manatdıq paket aldıqda isə heç bir komissiya ödəmək lazım olmur və sahibkar 70% komissiya haqlarına qənaət etmiş olur».

«Kapitalbank»ı niş adamları üçün digər yeniliyi «Bir kart biznes» kartının buraxılması olacaq. Həmin kartla sahibkar hesablarına xidmət olunacaq, eləcə də onun vasitəsilə biznes kredit xəti də açmaq olar.

 

Digər xəbərlər