Bank

«Kapitalbank»ın 20 milyon manatlıq – SƏHMİ SATILACAQ - QİYMƏT

«Kapitalbank»ın 20 milyon manatlıq – SƏHMİ SATILACAQ - QİYMƏT | FED.az
08:43 13 Avq 2020

«Kapitalbank» 20 milyon manatlıq əlavə səhm buraxmağa hazırlaşır.

Eləcə də bax: "Kapital Bank" və Cubics Technology - Razılığa Gəldi

FED.az xəbər verir ki, bank nizamnamə kapitalını artırmaq üçün 1 614 205 ədəd imtiyazlı faizli, adlı sənədli səhm buraxacaq. Səhmlərin illik gəlirliyi 15% təşkil edəcək. Hər bir səhmin qiyməti indiki səhmlərin qiymətinə bərabərdir – 12,39 manat.

Qeyd edək ki, hazırda bankın ümumilikdə 18 milyon 228 min səhmi var. Onlardan 154 milyon adi səhm, 3 milyon 228 mini isə imtiyazlı səhmdir.

Bu buraxılışdan sonra imtiyazlı səhmlərin sayı 50% artaraq 4,8 milyona yüksələcək.

Səhm emissiyası nəticəsində «Kapitalbank»ın nizamnamə kapitalı indikid 225,85 milyon manatdan 245,85 milyon manata yüksələcək.

Bankın açıqlamasına görə, əlavə səhmlər emissiya prospekti elan ekdildik4dən 3 gün sonra başlayar və 1 həftə davam edəcək.

Formal olaraq yeni səhmləri istənilən investor ala bilər, bunun üçün investisiya şirkətlərinə müraciət etmək kifayətdir. Bununla yanaşı, ilk növbədə üstünlük bankın mövcud səhmdarlarına veriləcək. Onlar iki gün ərində sifariş verəcəklər və şərtlərə görə 20 milyon manatlıq sifariş toplananda yerləşdirmə başa çatmış sayılacaq.

Buna görə də, bankın mövcud səhmdarlarından başqa əlavə investorların bu buraxılışda səhm almaq şansı demək olar ki, yoxdur.

Digər xəbərlər