Bank

Kartlardakı məhdudiyyətlə bağlı - "KAPİTAL BANK"DAN AÇIQLAMA

Kartlardakı məhdudiyyətlə bağlı - "KAPİTAL BANK"DAN AÇIQLAMA | FED.az
12:40 10 İyul 2020

Artıq bir neçə gündür ki, Azərbaycanda sosial kart istifadəçiləri – o cümlədən pensiya və sosial yarlım kartlarının sahibləri həmin kartlara vəsait mədaxil edilməsində (kartın balansının terminallar vasitəsilə artırılmasınrda) çətinliklə üzləşiblər.

Eləcə də bax: “Kapital Bank” filialların önündə müştəriləri - GÜNVURMADAN QORUYUR

FED.az xəbər verir ki, iyulun 1-dən başlayaraq belə kart sahibləri və kartlara vəsait yatırmaq istəyən şəxslər əməliyyavt apara bilmirlər. Bu hallar əsasən ölkədə pensiya və yardım kartları, eləcə də dövlət təşkilatlarında əmək haqqı alanların bir hissəsinin operatoru olan «Kapitalbank»ın kartlarında müşahidə olunur.

«Kapital Bank» kartı ilə əmək haqqı alan dövlət və özəl təşkilatların əmək haqqı kartlarında da bu məhdudiyyət tətbiq edilib. 

«Kapital Bank»dan bu vəziyyəti tətbiq edilən yeni qaydalarla izah ediblər. Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, təqaüd və əmək haqqı kartlarına kənar mədaxillərin bağlanması, müştərilərin kartlarının təyinatı üzrə imkanlarını məhdudlaşdırmır: «Əgər müştəri əmək haqqı və təqaüd kartlarına əlavə vəsaitlərin mədaxil olunmasını istəyirsə, bunun üçün filiala müraciət edib, qanunvericiliyin tələblərinə uyğun olan müvafiq sənədləri imzalamalıdır».

Başqa sözlə, kartlardan əvvəlki kimi istifadə etmək üçün kartın alındığı filiala yaxınlaşmaq və «karta vəsait mədaxilinə icazə verirəm» mövzusunda müqavilə bağlamaq tələb olunur.

Bankdan bu yeniliyi qanunvericiliyin tələbi ilə izah ediblər, Hərçənd indiyədək bu əməliyyatı həyata keçirmək mümkün idi.

Digər xəbərlər