Bank

Korporativ müştərilərimiz əməliyyatların - 90%-Nİ İNTERNETBANK-LA APARIRLAR

Korporativ müştərilərimiz əməliyyatların - 90%-Nİ İNTERNETBANK-LA APARIRLAR | FED.az
10:16 2 Avq 2021

Azərbaycanın ən byöük bankı və internet bank xidmətlərinin əsas təchizatçılarından olan ABB-nin bir il əvvəl təqdim etdiyi yeniləşmin mobil tətbiq 1,5 milyon dəfə yüklənib. 

Eləcə də bax: ABB-nin sədr müavini: “Məsafədən satış potensialımızla çox iddialıyıq” - MÜSAHİBƏ

FED.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib. 

Onun sözlərinə görə, müştərilərin getdikcə daha çox hissəsi rəqəmsal təcrübədən yararlanmağa çalışır və bundan istifadə edir. Artıq bankın həm korporativ, həm də pərakəndə sektor müştəriləri rəqəmsal üsullara daha çox üstünlük verirlər: «Bunu ABB-nin gündəlik fəaliyyətində də görürük. Korporativ müştərilərimizin hazırda apardıqları əməliyyatların təxminən 90%-i İnternetBank vasitəsilə yerinə yetirilən əməliyyatların payına düşür». 

Yeri gəlmişkən, T.Tahirli bildirir ki, bu ilin sonuna kimi ABB korporativ müştəriləri üçün tamamilə yenilənmiş İnternetBank sistemini istifadəyə verəcək. 

Eyni tendensiya pərakəndə bankçılıqda, o cümlədən ABB-nin mobil tətbiqinə olan maraqda özünü göstərir: «Ötən il təxminən elə bu vaxtlar yenilənmiş ABB mobile tətbiqimizi müştərilərimizə təqdim etdik. Tətbiq 1.5 milyon dəfədən çox yüklənib. Bir il ərzində tətbiqdə qeydiyyatdan keçmiş müştərilərimizin sayı 500 minə çatıb. Bunlar onu göstərir ki, müştərilərimizin rəqəmsal təcrübələri getdikcə artır». 

ABB-nin top meneceri bildirir ki, müştərilərin rəqəmsal təcrübələri genişləndikcə onlar indi vahid bir platforma axtarışındadırlar. «Dünya trendi də ona doğru gedir ki, insanlar bir platforma üzərindən müxtəlif ehtiyaclarını qarşılamaq, həmçinin əlavə imkanlar, üstünlüklər qazanmaq istəyirlər. Biz bu istəyi əsas götürüb inkişaf layihələrimizi həyata keçiririk. Məqsədimiz budur ki, müştərilərimiz çox rahatlıqla həm lazımi maliyyə xidmətlərini əldə edə bilsinlər, həm də əlavə faydalar qazansınlar». 

Banner

Digər xəbərlər