Banner

Bank

“Dəmirbank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadıldı

“Dəmirbank”ın kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadıldı | FED.az
15:28 7 Mart 2018

«DəmirBank»ın borclularına daha 30 gün vaxt verildi

Ləğv edilən “DəmirBank” ASC-nin borclularına daha 30 gün vaxt verilib. FED.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fonduk məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-kreditorun adı və ünvanı;

-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı.

Əlavə məlumatlar ücün əlaqə nömrələri

(+99412) 444-71-71

(+99412) 447-77-44

(+99412) 596-65-91

Qaynar xətt – 941.

Digər xəbərlər

Banner