Bank

Ən çox pul «Atabank»ın müştərilərinə qaytarılıb – MƏBLƏĞLƏR AÇIQLANDI

Ən çox pul «Atabank»ın müştərilərinə qaytarılıb – MƏBLƏĞLƏR AÇIQLANDI | FED.az
15:48 1 May 2021

Əmanətlərin Sığortalanması FonduSF) 2020-ci ilin aprelində bağlanan bankların əmanətçilərinə qaytarılan vəsaitləri açıqlayıb.

«Fitch Ratings»dən Beynəlxalq Bankla bağlı – REYTİNQ AÇIQLAMASI – DETALLAR

FED.az xəbər verir ki, söhbət bir il əvvəl fəaliyyətini dayandırmış «NBC Bank», «Atabank», «Amrahbank» və «AG bank»ın əmanətlərinə qaytarılan vəsaitlərdən gedir.

Əmanətçilərə vəsaitlərin verilməyə başlandığı 2020-ci ilin iyun ayından aprelin 28-dək həmin bankların əmanətçisi kimi qeydə alınmış 24 681 nəfərə ümumilikdə 639,8 milyon manat vəsait qaytarılıb. Orta hesabla hər əmanətçi 25,9 min manat kompensasiya alıb.

İndiyədək ən çox vəsait «Atabank» ASC-nin müştərilərinə qaytarılıb. Bu bankın 9 834 əmanətçisinə ümumilikdə 245 milyon 771 min manat ödənilib. Bu bütün banklara qaytarılan pulların 38,4%-ni təşkil edir. Bir əmənatçiyə qaytarılan kompensasiyanın orta məbləği 25 min manat təşkil edib.

«Amrahbank»ın 5 844 müştərisinə isə 140 milyon 462 min manat ödəniş edilib (ümumi vəsaitlərin 22%-i). Bir əmənatçiyə qaytarılan kompensasiyanın orta məbləği 24 min manat təşkil edib.

«NBC Bank» ASC-nin 4 240 müştərisi indiyədək Əmanətlərin Sığortalanması Fondundan 132 milyon 990 min manat vəsait alıblar (ümumi vəsaitlərin 20,8%-i). Bir əmənatçiyə qaytarılan kompensasiyanın orta məbləği 31,4 min manat təşkil edib.

«AG Bank» ASC-də əmanəti olmuş 4 763 nəfərə isə 120 milyon 547 min manat kompensasiya ödənilib (ümumi vəsaitlərin 18,8%-i). Bir əmənatçiyə qaytarılan kompensasiyanın orta məbləği 25,3 min manat təşkil edib.

Xatırladaq ki, əmanətçilərə pullar iki bank  vasitəsilə qaytarılır. «AG Bank» ASC və «NBC Bank» ASC-nin əmənətçilərinə vəsaitlər Azərbaycan Beynəlxalq Bankı, «Amrahbank» ASC və «Atabank» ASC-nin əmanətçilərinə isə vəsaitlər «Kapitalbank» vasitəsilə qaytarılır.

Qeyd edək ki, aprelin əvvəlində Azərbaycanda əmanətlərin sığortalanması haqqında yeni qanunu qüvvəyə minməsi ilə əlaqədar olaraq bank əmanətlərinin sığortalanması qaydaları dəyişib.

İndiyədək banklarda faiz şərtlərinə əməl etməklə yerləşdirilən bütün əmanətlər sığortalanırdırsa, yeni qanun qüvvəyə mindikdən sonra məbləği 100 min manatadək əmanətlər sığortalanacaq.

Bundan başqa, yeni qanunun qüvvəyə minməsi nəticəsində ölkədə ilk dəfə olaraq sahibkarların banklardakı vəsaitlərinin (20 min manatadək) də sığortalanmasına başlanılıb. 

Ən çox pul «Atabank»ın müştərilərinə qaytarılıb – MƏBLƏĞLƏR AÇIQLANDI | FED.azƏn çox pul «Atabank»ın müştərilərinə qaytarılıb – MƏBLƏĞLƏR AÇIQLANDI | FED.az
Banner

Digər xəbərlər