Bank

Mənfəəti azalıb, əmanət və depozit portfeli kiçilib - Bank Hesabatı

Mənfəəti azalıb, əmanət və depozit portfeli kiçilib - Bank Hesabatı | FED.az
12:37 29 İyul 2021

“Naxçıvanbank” 2021-ci ilin birinci yarısında aktivlərini 7,5% - 276,15 milyon manatadək azaldıb.

Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)

FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

İyunun sonuna bankın kredit portfeli 125,087 milyon manat (artım 6,8%) təşkil edib.

Bankın öhdəlikləri 181,089 milyon manata (azalma 12,5%), depozitləri 118,764 milyon manata (azalma 16,5%), əhalinin əmanətləri 21,137 milyon manata (azalma 2,7%) bərabərdir.

“Naxçıvanbank”ın kapitalı 95 milyon 60,72 min manat (artım 3,7%), nizamnamə kapitalı 82,43 milyon manat (dəyişməyib) təşkil edir.

Yanvar-iyunda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 684,37 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 23,1% azdır.

“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir. (İnterfaks)

Banner

Digər xəbərlər