Banner

Bank

Mərkəzi Bank tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumat yayıb

Mərkəzi Bank tədavüldə olan yubiley və xatirə pul nişanları barədə məlumat yayıb | FED.az
19:34 4 Aprel 2019

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tədavülə buraxılan yubiley və xatirə pul nişanları barədə məlumat yayıb.

Bankdan bildirilib ki, AMB tərəfindən 1996-cı ildən etibarən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Belə ki, Mərkəzi Bank tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə və Ulu Öndərin anadan olmasının 90-cı və 95-ci illik yubileyinə, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 500 illiyinə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə, Milli mətbuatın 135 illik, Mərkəzi Bankın 20 illik yubileyinə, Naxçıvan Muxtar Respublikasının 85-ci və 90-cı illiyinə, eləcə də müasir tariximizin ən böyük nailiyyətlərindən olan "Əsrin müqaviləsi", TANAP, "Azerspace-1", "Bakı-Tbilisi-Qars" layihələrinə və birinci Avropa Oyunlarına, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş və sair mövzularda yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılıb.

Yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində "Milli pul nişanları" bölməsində yerləşdirilib (link:https://www.cbar.az/moneymarks/coins?category=2).

Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyənlər bankın Elektron Xidmtələr portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq sifariş edə (link:https://contact.e-cbar.az/?AspxAutoDetectCookieSupport=1), eləcə də Mərkəzi Bankın əsas inzibati binasında və ərazi idarələrində yerləşən kassa xidmətinə müraciət edərək əldə edə bilər.

​Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri barədə məlumat cədvəldə göstərilib.Əlaqələndirici şəxs: Arzu Qəhrəmanova, Tel: +99412 493 11 22 (daxili: 386).

 Satışda olan yubiley və xatirə pul nişanları və onların qiymətləri

(04.04.2019-cu il tarixə) barədə məlumat

Yubiley və xatirə pul nişanları

Buraxılış ili

Metalı

Çəkisi

 Satış dəyəri (manat)

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 90 il

2013

qızıl

10 unsiya

23976.07

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl

1 unsiya

2507.61

Ulu Öndər Heydər Əliyev- 95 il

2018

qızıl+platin

1 unsiya

2500.0

Ulu Öndər Heydər Əliyev- 95 il dəst

2018

qızıl+platin

2 unsiya

5300.0

Azərbaycan Xalq Cumhuriyyəti-100 il dəst

2018

qızıl

2.25 unsiya

6000.00

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

1 unsiya

2507.61

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

3/4 unsiya

2100.0

Azərbaycan Xalq Cumhuriyyəti-100 il

2018

qızıl

1/2 unsiya

1500.0

Naxçıvan MR yaranması - 85 il 

2009

gümüş

1 unsiya

99.76

Naxçıvan MR yaranması - 90 il 

2015

qızıl

1 unsiya

2507.61

Məhəmməd Füzuli 

1996

gümüş

28.28 qr

38.76

Dövlət Müstəqilliyinin 20 illiyi 

2011

qızıl

1 unsiya

2507.61

Mərkəzi Bankının 20 illiyi

2012

gümüş

1 unsiya

86.76

Milli Mətbuatının 135 illiyi 

2010

gümüş

1 unsiya

112.76

"Bakı-Tbilisi-Qars" dəmir yolu 

2015

gümüş

1 unsiya

85.76

"Əsrin müqaviləsi"nin 20 illiyi

2016

qızıl

1 unsiya

2507.61

"Əsrin müqaviləsi"nin 20 illiyi

2016

gümüş

1 unsiya

85.76

"Azərspace" telekommunikasiya peyki

2016

gümüş

1 unsiya

85.76

"TANAP" layihəsi

2016

gümüş

1 unsiya

85.76

"Bakı-2015 Avropa Oyunları"na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

gümüş

1 unsiya

85.76

"Bakı-2015 Avropa Oyunları"na həsr olunmuş (gimnastika, güləş, kanoe, oxatma, suya tullanma)

2015

kupronikel

1 unsiya

22.0

 

Qeyd 1: 1 unsiya = 31.1 qr

Qeyd 2: Yubiley və xatirə pul nişanlarının qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.

Digər xəbərlər