Bank

Mərkəzi Bankın depozitinə tələb kəskin azaldı – FAİZLƏR ARTDI

Mərkəzi Bankın depozitinə tələb kəskin azaldı – FAİZLƏR ARTDI | FED.az
12:04 30 Mart 2020

Bu gün, martın 30-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib.

FED.az xəbər verir ki, əvvəlki hərraclardan fərqli olaraq bu dəfə bankların depozitə marağı kəskin azalıb.

Belə ki, 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında 200 milyon manatlıq təklifə tələb cəmi 189 mln. manat olub.

Tələbatın aşağı olması dərhal depozitlərin gəlirliyinə təsir edib. Belə ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil edib.

Digər xəbərlər