Bank

Məşhur ödəniş sistemi şirkəti - MÜFLİS OLDU

Məşhur ödəniş sistemi şirkəti - MÜFLİS OLDU | FED.az
15:55 13 Noy 2019

“EasyPay” şirkəti müflis elan edilib.

FED.az xəbər verir ki, bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qərar çıxarılıb.

Eləcə də bax: Azərbaycanın məşhur ödəniş sistemi  - MÜFLİS OLDU

Bakıda və ölkənin regionlarında ən geniş ödəniş terminalları şəbəkəsinə malik olan “EasyPay”in dövlət orqanlarına borc öhdəliyi var. Hazırda tərəflər arasında borcların ödənilməsi ilə bağlı danışıqlar aparılır. 

Ödəniş terminalları əksər yerlərdən götürülüb. “EasyPay” bəzi böyük ticarət obyektlərinə borclu olduğu üçün hələlik həmin obyektlərdə terminallar saxlanılır.  

Qeyd edək ki, bundan öncə “BTB Bank” ASC-nin “EasyPay” MMC ilə ikincinin borcuna görə məhkəmə çəkişməsi olub. Ödəniş terminalları kommunal, telekommunikasiya, sığorta və digər xidmətlərə görə ödəniş həyata keçirməyə imkan verirdi.

BAKU.WS

Digər xəbərlər

Banner