Bank

«Moody's» Reytinq Agentliyi Azərbaycanın – 5 Bankı Haqqında Nə Deyir

«Moody's» Reytinq Agentliyi Azərbaycanın – 5 Bankı Haqqında Nə Deyir | FED.az
16:07 1 Avq 2020

Xəbər verildiyi kimi, «Moody's» beynəlxalq reytinq agentliyi Azərbaycanın 5 bankının reytinqlərinin dövri baxışının başa çatdığını elan edib.

Eləcə də bax: Bütün bankların vəziyyəti məlum oldu - TAM SİYAHI (II RÜB)

FED.az-ın məlumatına görə, söhbət Azərbaycan Beynəlxalq Bankı, «Kapital bank», «Xalq Bank», «Bank Respublika» və «Bank of Baku» ASC-dən gedir.

«Moody's» bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli bankların maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır. Agentlik bildirir ki, bu baxış bu kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. 

Qeyd edək ki, hazırda «Moody's» sözügedən banklarda xarici və milli valyutada uzunmüddətli depozit reytinqini 

“Kapital bank”ı “Ba3” səviyyəsində, 

“Azərbaycan Beynəlxalq Bankı”nı “B1”, 

“Xalq Bank”ı “B2”, 

“Bank Respublika”nı “B3”, 

“Bank of Baku”nu “Caa1” 

səviyyəsində qiymətləndirir. 

Bundan əlavə, agentlik baza kredit ödəmə qabiliyyəti üzrə (Baseline Credit Assessment - BCA) 

“Kapital bank”ı “b1” səviyyəsində, 

“Azərbaycan Beynəlxalq Bankı”nı “b3” səviyyəsində, 

“Xalq Bank”ı “b3” səviyyəsində,

“Bank Respublika”nı “b3” səviyyəsində,

“Bank of Baku”nu isə “caa1” səviyyəsində qiymətləndirir.

Agentlik sözügedən bankların hazırki durumu ilə bağlı vəziyyəti də açıqlayıb. Beləliklə, 

Beynəlxalq Bankda vəziyyyət 

Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutadakı B1 səviyyyəsində depozit reytinqi - bankın b3 səviyyəsindəki kredit reytinqini və «Moody's»un fikrincə, dövlət dəstəyi ehtimalının yüksək olmasının göstəricisidir. 

Agentliyin fikrincə, ABB-nin kredit qabiliyyəti reytinqi 

(1) kapital yetərliyinin yüksək olmasını; 

(2) aktivlərin risklərinin azlığı, yaxşılaşmış maliyyyələşmə strukturu və yüksəklikvidli balansı; 

(3) Xarici valyutada böyük, amma getdikcə azalan qısa pozisiyanı, hansı ki, bankın kapitalını və gəlirliyini devalvasiya riskinə qarşı zəiflədir

(4) eləcə də iqtisadi fəaliyyət və neftin ucuzlaşması səbəbindən aktivlərə risk təzyiqini əks etdirir. 

Agentlik bildirir ki, Azərbaycanda koronavirusun yaratdığı iqtisadi böhran və gözlənilən iqtisadi enmə Bankın güclü tərəflərini məhdudlaşdırır. 

«Moody's»un fikrincə, bu vəziyyət Azərbaycanın bütün banklarının gəlirliyinə və aktivlərinin keyfiyyətinə mənfi təsimr edəcək. 

«Kapitalbank»da vəziyyət 

Agentlik bildirir ki, «Kapital Bank»ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin Ba3 olması Bankın b1 səviyyəsindəki kredit qabiliyyətini və «Moody's»un fikrincə, dövlət dəstəyi ehtimalının yüksək olduğunu göstərir. Başqa sözlə, agentliyin fikrincə, ehtiyac olarsa dövlət «Kapitalbank»ı dəstəkləyəcək. 

«Kapital Bank»ın kredit reytinqi 

(1) Bankın dayanıqlı kapitallaşmasını (baxmayaraq ki, bu məbləğ yüksək dividend ödənişləri ilə məhdudlaşır); 

(2) sağlam və təmiz faiz marjasının dəstəklədiyi  sanballı gəlir bazasını; 

(3) depozit bazasındakı təmərküzləşməni, 

(4) eləcə də iqtisadi fəaliyyət və neftin ucuzlaşması səbəbindən aktivlərə risk təzyiqini əks etdirir. 

Agentlik bildirir ki, Azərbaycanda koronavirusun yaratdığı iqtisadi böhran və gözlənilən iqtisadi enmə Bankın güclü tərəflərini məhdudlaşdırır. 

«Moody's»un fikrincə, bu vəziyyət Azərbaycanın bütün banklarının gəlirliyinə və aktivlərinin keyfiyyətinə mənfi təsimr edəcək. 

«Respublikabank»da vəziyyət 

«Respublikabank»ın yerli və xarici valyutadakı depozitlər üzrə B3 reytinqi kənardan dəstəyi deyil, yalnız bankın baza qiymətləndirməsini – b3 səviyyəsində olan kredit qabiliyyətini nəzərə alır. 

Agentliyin fikrincə, «Bank Respublika»nın kredit qabiliyyəti reytinqi 

(1) səhmdarların dəstəyi və bankın mənfəətinin artması sayəsində bankın güclü kapitallaşmasını, (2) bankın kiçik və orta müəssisələrin (KOM) kreditləşməsinə yönəlməsi və son vaxtlar kredit portfelinin sürətlə böyüməsi nəticəsində aktivlər üçün risklərin artmasını, 

(3) əmanətlərin yüksək konsentrasiyasını əks etdirir. 

Agentlik bildirir ki, Azərbaycanda koronavirusun yaratdığı iqtisadi böhran və gözlənilən iqtisadi enmə Bankın güclü tərəflərini məhdudlaşdırır. 

«Moody's»un fikrincə, bu vəziyyət Azərbaycanın bütün banklarının gəlirliyinə və aktivlərinin keyfiyyətinə mənfi təsimr edəcək. 

«Xalq Bank»da vəziyyət 

«Xalq Bank»ın yerli və xarici valyutada uzunmüddətli reytinqi - B2 səviyəsində təsdiqlənib. Bu kredit qabiliyyətinin b3 səviyyəsini və, «Moody's»un fikrincə, dövlət dəstəyi ehtimalının zəif olduğunu əks etdirir. 

Agentliyin fikrincə, «Xalq Bank»ın aktivlərinin 

keyfiyət göstəriciləri müştərilərin kredit qaytarma qabiliyyətinin potensial olaraq azalmasına qarşı yüksək dərəcədə həssasdır. 

Yəni müştərilərin kredit qaytarma problemi olarsa bankın aktivlərinin keyfiyyətinə mənfi təsir edə bilər. Borclu müştərilərin vəziyyəti isə koronavirus pandemiyası və neftin ucuz qiymətləri ilə bağlı ola bilər. 

Bnnula yanaşı, Agentlik qeyd edir ki, mənfi gözləntilər bankın ciddi pronozu ilə – gəlirin təmin edilməsi və kapitalın yetərdiyinin olması ilə kompensasiya ediləcək. 

«Xalq Bank»da da depozit bazasının yüksək konsentrasiyası mövcuddur, amma bu hal da bankın yaxşı «likvidlik yastığı» ilə kompensasiya edilir.

«Bank of Baku»da vəziyyət

«Bank of  Baku»nun yerli və xarici valyutada uzunmüddətli reytinqi - CaB1 səviyəsində təsdiqlənib. 

Bu göstərici bankın - caa1 səviyəsində olan baza kredit qabiliyyətini əks etdirir. 

«Moody's» hesab edir ki, bir qədər əvvəl (yəni 2019-cu ildə – FED.az) hökumətin çoxsaylı problemli borclulara dəstəklə bağlı qərarları bankın göstəricilərini yaxşılaşdırıb. Amma bu il Azərbaycanda gözlənilən iqtisadi geriləmə bankın mənfəətinə və aktivlərinin vəziyyətinə mənfi təsir edəcək. 

Agentlik qeyd edir ki, «Bank of Baku» təminatsız istehlak kreditlərinə, mikrobiznes kreditlərinə və pandemiya nəticəsində ən çox zərər çəkən kiçik və orta biznes kreditlərinə fokuslanıb. 

«Bank of Baku»nun depozit bazasındakı müəyyən dəyişkənlik bankın möhkəm «likvidlik yastığı» ilə kompensasiya olunur. 

Digər xəbərlər