Bank

“Muğanbank” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ

“Muğanbank” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ | FED.az
19:28 23 Mart 2020

Azərbaycanın aparıcı banklarından olan “Muğanbank” ASC korporativ sosial məsuliyyəti çərçivəsində, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayırıb.

Bankdan FED.az-a bildirilib ki, qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən bankımız bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

Siz də özünüzün və sevdiklərinizin sağlamlığı üçün evdə qalaraq bu mübarizəyə kömək ola bilərsiniz. Güc birlikdədir!

Digər xəbərlər