Bank

Prokuror "Zaminbank"ın sabiq filial müdiri və işçilərinə - CƏZA İSTƏYİB

Prokuror "Zaminbank"ın sabiq filial müdiri və işçilərinə - CƏZA İSTƏYİB | FED.az
20:43 14 Noy 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Zaminbank"ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov,  Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

FED.az "APA"ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Eləcə də bax: Bakı metrosunda mobil rabitə xidmətləri nöqtələri - FƏALİYYƏT GÖSTƏRƏCƏK

Dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhruk edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib.

Prokuror digər təqsirləndriilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. 

Proses təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər. 

Təqsirləndirilən şəxslər ümumilikdə banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib. 

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Digər xəbərlər