Bank

«Azər Türk Bank»dan sahibkarlara ödənişsiz və endirmli - MÜHASİBAT VƏ MƏSLƏHƏT XİDMƏTLƏRİ

«Azər Türk Bank»dan sahibkarlara ödənişsiz və endirmli - MÜHASİBAT VƏ MƏSLƏHƏT XİDMƏTLƏRİ  | FED.az
10:18 3 Mart 2021

Dövlət bankı Azər Türk Bank hesab açmaq üçün Banka müraciət edən hüquqi şəxslərə yeni biznesin qurulması və ya mövcud biznesin rəsmiləşdirilməsi üçün ilkin qeydiyyat və ilkin vergi konsultasiyasını ödənişsiz olaraq təklif edir.

FED.az xəbər verir ki, bank, həmçinin, müştərilərə mühasibat və məsləhət xidmətlərini, vergi bəyannamələrinin hazırlanması işlərini 30% endirimlə yerinə yetirir.

Eləcə də bax: "Azər Türk Bank"ın ən sərfəli kartı - ATB CARD

Sözugedən xidmətləri əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “ATB Business” internet-bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir. Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Daha ətraflı məlumatı  https://atb.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.

Banner

Digər xəbərlər