Bank

"PAŞA Bank"ın vəziyyəti məlum oldu - HESABAT

"PAŞA Bank"ın vəziyyəti məlum oldu - HESABAT | FED.az
15:50 15 Yan 2021

Azərbaycanın ən böyük özəl bankı olan «PAŞA Bank» («PAŞA Holdinq»ə məxsusdur) 2020-ci ilin 4-cü rübünün sonuna olan hesabatını açıqlayıb. 

Eləcə də bax: «Paşa Bank»da paylar dəyişib – YENİ SƏHMDAR VAR

FED.az xəbər verir ki, 2020-ci ildə bankın aktivləri 746 milyon manat və ya 15,6% artaraq 5 milyard 513 milyon manata çatıb. Ötən ilin sonnuda bu göstərici 4 milyard  767,5 milyon manat idi. 

Bankın xalis kredit portfeli 17,5% artaraq 2 milyard 60 milyon manat təşkil edib. 

«PAŞA Bank»ın qiymətli kağızlara yatırdığı məbləğ isə 460 milyon manat və ya 42% artaraq 1 milyard 556 milyon manata çatıb.  

Bankın öhdəlikləri isə 680 milyon manat və ya 15,8% artaraq 4 milyard 971,9 milyon manat yüksəlib. Ötən il bu göstərici 4291,7 milyon manat idi. 
Ötən il ərzində bankdakı depozitlər 430 milyon manat və ya 12% artaqaq 4 milyard 14,8 milyon manata çatıb. 

Ötən il ərzində bankın cəmi kapitalı 541 milyon 145 min manat təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 65,4 milyon manat və ya 13,7% artıqdır. 

Bu dövrdə bankın faiz gəlirləri 218,2 milyon manat, faiz xərcləri 45 milyon manat təşkil edib. Əvvəlki illə müqayisədə faiz gəlirləri 11,2%, faiz xərcləri isə 16,1% artıb. 

Bankın qeyri-faiz gəlirləri 95,2 milyon manat, qeyri-faiz xərcləri 143,9 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 24,3%, qeyri-faiz xərcləri 15,2% artıb.  

Nəticədə bank ili 127 milyon manat əməliyat mənfəəti ilə başa vurub. Əvvəlki ildə bu göstərici 107 milyon manat idi. 

2020-ci ilin sonuna «PAŞA Bank» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 14,1 milyon manat xüsusi ehtiyat yaradıb (ötən il bu məbləğ 24,5 milyon manat idi).  

Vergilər ödənilənədək mənfəət 113 milyon manat olub. 28,8 milyon manat mənfəət vergisi ödənişindən sonra «PAŞA Bank» 2020-ci ili 84,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki illə müqayisədə təqribən 190 milyon manat və ya 29,5% artıqdır. Xatırladaq ki, əvvəlki ilin sonunda bankın xalis mənfəəti 65 milyon manat idi. 

Hələlik «PAŞA Bank»ın səhmdarları xalis mənfəətin hansı hissəsinin dividend kimi götürəcəklərini açıqlamayıblar. Ötən il 65 milyon manat xalisə mənfəətin 45 milyon manatı dividend kimi ödənilmişdi. 

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 15%-i isə Arif Paşayevə məxsusdur.

Digər xəbərlər