Bank

"Unibank"ın 2021-2023 strategiyası beynəlxalq ekspertlərin iştirakı ilə - Hazırlanıb

"Unibank"ın 2021-2023 strategiyası beynəlxalq ekspertlərin iştirakı ilə - Hazırlanıb | FED.az
08:59 12 İyun 2021

“Unibank”ın yeni inkişaf mərhələsinə qədəm qoymasını özündə əks etdirən 2021-2023-cü illər üçün strategiyası İcraedici Komitə tərəfindən Müşahidə Şurasına təqdim olunub.

Bankın yeni missiya və strateji baxışlarını əks etdirən  bu sənəd beynəlxalq ekspertlərin iştirakı, beynəlxalq qurumların texniki dəstəyi (sponsorluğu) ilə hazırlanıb. Strateji və biznes planlaşdırma layihəsinin hazırlanması Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Maliyyə vasitəçilərinin bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində dəstəklənib. Proqramın donorları, EU4Business təşəbbüsü çərçivəsində Avropa birliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyidir.

Bankın missiyası–  müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır. 

Bankın hədəflərinə çatmaq , ümumi baxış və missiyasını dəstəkləmək üçün Unibank rəhbərliyi tərəfindən dörd əsas prioritet müəyyən edilib. İki prioritet xüsusilə diqqət çəkir: müştərilər göstərilən xidmətlərin onların ehtiyaclarını tam əhatə etməsi və müştəri təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal və texnoloji transformasiyanın sürətləndirilməsi.

Yeni strategiya, güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandamızın  sinerjisi hesabına həyata keçiriləcəkdir.

Unibank-Sənin Bankın!

 

Unibank's strategy for the period 2021-2023 was developed with the participation of international experts

Unibank is entering a new phase of development. On May 4, the Executive team presented the Supervisory Board with the 2021-2023 Vision and Strategy.

Bank’s mission is to be the bank of first choice for clients and to create long-lasting value for all stakeholders by providing customer centric financial services and innovative solutions. Four key priorities have been identified by the Management of Unibank in order to achieve the bank’s goals and support the bank’s overall vision and mission. There are two priorities that stand out the most: overarching focus on customer experience and needs, and digital and technological transformation. The new strategy is building on the firm foundations of the strong value system, the vision of its shareholders and will draw on the resources of a transformed technology platform and relentless   and energetic team to make the strategy a success.

It is noteworthy that Strategy and Business Planning project is being supported by the European Bank for Reconstruction and Development within Financial Intermediaries Capacity Building Technical Cooperation Program. The Donors of the Program  are the European Union under its EU4Business initiative, the Ministry of Treasury and Finance of Turkey.

Banner

Digər xəbərlər