Bank

“Rabitəbank”ın da vəziyyəti – MƏLUM OLDU

“Rabitəbank”ın da vəziyyəti – MƏLUM OLDU | FED.az
12:02 29 Yan 2020

2019-cu il göstəricilərinə əsasən, "Rabitəbank" 11,1 mln manat mənfəət etmiş və aktivləri 740 mln manata çatdırıb.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

FED.az bankdan verilən məlumata görə, maliyyə təşkilatının kredit portfeli 2019-ci il ərzində 18% artaraq 385 mln. manat, məcmu kapitalı isə 10 % artaraq, 114 mln manat təşkil etmişdir. 2019-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 14% artaraq 53,9 mln manat, xərcləri isə 42,5 mln manat təşkil etmişdir.

Eləcə də bax: “Rabitəbank”dan “AFB Bank”a keçdi – TƏYİNAT

Bank həmçinin,  2019-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 29%,  istehlak kreditlərini isə 24% artmışdı. 2019-ci ildə sürətli pul köçürmələrində də 14%-dən çox artım müşahidə edilmiş, plastik kartların sayı 41% artırmışdır.Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, Kartmane kartını müştərilərinə təqdim edib. Yaşıl və Premium Kartmane, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunmuşdur. Bütün dünyadakı YDM və restoranlardan cashback qazandıran Kartmane, ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxdı. Həmçinin mastercard PayPass stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.

Digər xəbərlər