Bank

“Rabitəbank”ın rəhbərliyində - DƏYİŞİKLİKLƏR EDİLƏ BİLƏR

“Rabitəbank”ın rəhbərliyində - DƏYİŞİKLİKLƏR EDİLƏ BİLƏR | FED.az
08:45 18 Okt 2019

“Rabitəbank” ASC müşahidə şurasının 14 oktyabr 2019-cu il tarixli 119 nömrəli qərarına əsasən, 2019-cu il dekabrın 10-u saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcəkdir.

FED.az xəbər verir ki, keçiriləcək yığıncağın gündəliyinə "Bankın 2020-ci maliyyə ili üçün tərtib edilmiş büdcə proqnozlarının təsdiqi", "Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliyin edilməsi" və cari məsələlər daxildir.

Ünvan- Bakı şəhəri, 28 may küçəsi 33.

Digər xəbərlər