Bank

“Rabitəbank”ın səhmdarı bankın Müşahidə Şurasında - Vəzifə Aldı

“Rabitəbank”ın səhmdarı bankın Müşahidə Şurasında - Vəzifə Aldı | FED.az
11:25 20 Aprel 2021

“Rabitəbank” ASC-nin səhmdarı bankın rəhbərliyində vəzifə aldı.

Eləcə də bax: Dövlət Vergi Xidmətində - Yeni Təyinat

FED.az Banker.az-a istinadən xəbər verir ki, Müşahidə Şurasının yeni üzvünün adı Rauf Əliyev Zeynal oğludur.

R.Əliyev artıq “Rabitəbank”ın ən böyük səhmdarıdır. O, bu bankın 101.3 milyon manatlıq səhm kapitalının 40.6%-nə sahibdir. O, həmçinin “Meqa Sığorta”nın 23 milyon manatlıq səhm kapitalının 19%-inə sahibdir.

R.Əliyev Müşahidə Şurasına üzv kimi seçilməsi ardından, ötən ildən bankın Müşahidə Şurasına üzv gələn (müavin) Aydın Hüseynov isə bu vəzifəni tərk edib. Beləliklə, hazırda Müşahidə Şurasının bir sədri – Zakir Nuriyev ( bankın səhmlərinin 11.48%-nə sahibdir) və iki üzvdən ibarətdir.

“Rabitəbank”dan verilən məlumata görə Müşahidə Şurasının tərkibinin dəyişməsi korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlərdən biridir.

“Rabitəbank” 1993-cü ildə yaradılmış bir bankdır. Bankın səhmlərinin 40.6%-i Rauf Əliyev, 30.00% – Validə Abbasova, 11.48%-i Zakir Nuriyev, 9.11%-i Dilarə Nuriyeva, 7.60%-i Seyran Nuriyev, 1.07%-i Aslan Xasiyev və 0.14% – 12 hüquqi şəxslərə məxsusdur.

Banner

Digər xəbərlər