Bank

Rayonlarda krediti olmayan bank - HESABAT

Rayonlarda krediti olmayan bank - HESABAT | FED.az
15:08 29 Yan 2020

“Bank Avrasiya”nın vaxtı keçmiş kreditlərinin məbləği məlum olub.

FED.az xəbər verir ki, 2019-cu ildə bankın kredit portfeli  110 milyon 235 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 10 milyon 245 min manat və ya 10,3% çoxdur. Belə ki, 2018-ci ildə bank müştərilərinə 99 milyon manat kredit vermişdi.

Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

Bankın ən çox vaxtı keçmiş krediti sənaye sahəsində olub. Belə ki, bank bu sahəyə 22 milyon 082 min  manat kredit verib ki, bunun da  9 milyon 549 min manatının və ya 43,2%-nin vaxtı keçib.

Bankın ikinci ən çox problemli krediti ticarət müəssisələrinə verdiyi kreditlərdə olub. Belə ki, bu sahəyə verilən  21 milyon 531 min manatlıq kreditin 5 milyon 140 min manatının və ya 23,8%-nin vaxtı keçib.

Həmçinin bankın avtomobil alınması üçün verdiyi 275,2 min manatlıq kreditin 249.57 min manatı problemli olub.

Bankın kreditlərinin rayonlar üzrə bölgüsünə gəldikdə isə “Bank Avrasiya”nın Bakıdan başqa heç bir rayonda kredit vermədiyi bəlli olub. Bank yalnız kreditləri Bakı şəhrində verib. Bankın kredit verdiyi müştərilərin sayı isə 11195 nəfər olub. Kredit verilənlərin 91 nəfərinin kreditləri vaxtı keçmiş kreditlərə daxil edilib.

Digər xəbərlər