Bank

Rusiyada “Visa”nın baxışla ödəniş funksiyası - İSTİFADƏYƏ VERİLİB

Rusiyada “Visa”nın baxışla ödəniş funksiyası - İSTİFADƏYƏ VERİLİB | FED.az
16:08 3 İyul 2020

“Sberbank” müştəriləri Prime Cafe-də ödənişi baxışla edə biləcəklər, bunun üçün terminalın kamerasına baxmaq kifayət edir.

Eləcə də bax: Üz tanıyan - BANKOMATLAR GƏLİR - YENİLİK

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın press-relizinə istinadən “Forbes” məlumat verib.

Qeyd edildiyi kimi, təklifdən faydalanmaq üçün “Sberbank Online” tətbiqi və ya bankomat vasitəsi ilə üzün biometrik məlumatlarını qeydiyyata salmaq lazımdır. Bundan sonra bu məlumatları Prime kafelərdən birinə bağlamaq tələb olunur. Bankın verdiyi məlumata görə, biometrik ödəmə üsulundan istifadə edən şəxslər avtomatik olaraq 20% endirim əldə edəcəklər.

Xatırladaq ki, biometrik identifikasiya texnologiyasını tətbiq etmək istəyən şəbəkələrdən biri də KFC-dir.

Digər xəbərlər

Banner