Banner

Bank

Səhmdarlarının yarıdan çoxu fiziki şəxs olan bank – KAĞIZLARA İNVESTİSİYANI AZALDIB

Səhmdarlarının yarıdan çoxu fiziki şəxs olan bank – KAĞIZLARA İNVESTİSİYANI AZALDIB | FED.az
08:36 16 Okt 2019

“Turanbank” qiymətli kağızlara investisiyanı azaldıb.

FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında adı qeyd edilən bank qiymətli kağızlara aktivlərindən 17 milyon 964 min manat pul ayırıb.

Eləcə də bax: Ləğv prosesində olan bankların əmanətçilərinə - PULLARIN ÖDƏNİLƏCƏYİ TARİX VƏ FİLİALLAR AÇIQLANDI

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 13 milyon 955 min manat azdır.

Ötən ilin 9 ayının nəticələrinə görə, bank qiymətli kağızlara 31 milyon 919 min manat sərmayə yatırmışdı.

Məlumat üçün bildirək ki, bankın bu ilin yanvar-santyabr aylarında cəmi aktivləri 517 milyon 997 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 030 min manat və ya 0,78% çoxdur.

Eləcə də bax:Neft Fondunun yatırım etdiyi - QİYMƏTLİ KAĞIZLARIN – GƏLİRLİYİ 3 DƏFƏ AZALIB

“Turanbank”ın 29 səhmdarından 21-i fiziki şəxslərdir ki, onlar da ümumi səhmlərin 68,06%-nə və ya 44 milyon 240 min 816 manatına malikdirlər. Bankın digər səhmdarları, 8 hüquqi şəxs isə ümumilikdə səhmlərin 31,94% malikdirlər. Bankın nizamnamə kapitalı 65 milyon 005 min 478 manat təşkil edir. Səhmdarların hamısı minoritar paya malikdir (10%-dən az).

Digər xəbərlər

Banner