Bank

Təcili: Əhalini aldadan bankirlər həbs ediləcəklər – AÇIQLAMA 

Təcili: Əhalini aldadan bankirlər həbs ediləcəklər – AÇIQLAMA  | FED.az
12:41 30 İyul 2020

Azərbaycanda bank müştərilərini aldadan bank menecerləri və rəhbərləri canayət məsuliyyətinə cəlb ediləcək.

Eləcə də bax: «Həmin bank vəziyyətini gizlədirdi, hesabatı həqiqətə uyğun deyildi»

FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, baş verənlərdən  sonra AMB bunnula bağlı təşəbbüs qaldıracaq: 

«Cinayət Məcəlləsində belə hallara görə - dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən istifadə etmə və saxtakarlıq üzrə maddələr var. 

Mən hesab edirəm ki, bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən maliyyə xidmətlərinin istehlakçılarına, onlara yalan məlumat vermək və onları aldatmağa qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. 

Biz ictimaiyyət və aidiyyatlı qurumlarla danaşıq aparmalıyıq və bundan sonra təşəbbüslə çıxış edəcəyik». 

Digər xəbərlər