Bank

"TuranBank" Avropa Bankı ilə əməkdaşlığa - START VERDİ

"TuranBank" Avropa Bankı ilə  əməkdaşlığa - START VERDİ | FED.az
09:44 24 Dek 2019

TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (AYİB) əməkdaşlığa start verdi.

TuranBank ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində saziş imzalanmışdır.

Eləcə də bax: "TuranBank"dan - ÇOXFUNKSİYALI KART!

Əldə edilmiş razılığa uyğun olaraq nüfuzlu Biznes və Maliyyə Məsləhət şirkəti tərəfindən bankımıza MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcəkdir. AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər “TuranBank” ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması iqtiqamətlərini əhatə edəcəkdir.

Qarşılıqlı razılığa əsasən texniki yardım proqramının həyata keçirilməsi üçün işçi qrupu yaradılmış və müvafiq iş planı təsdiq edilmişdir. Məlumat üçün qeyd edək ki, texniki yardım proqramının icrasına 2020-ci ilin yanvar ayından başlanılacaq və proqramın icrası bir il müddətində davam edəcəkdir. 

 

Digər xəbərlər

Banner