Bank

Türkiyənin ən böyük bankı Şuşada - Filial Açır

Türkiyənin ən böyük bankı Şuşada - Filial Açır | FED.az
09:03 23 Yan 2021

Türkiyənin ən böyük bankının Azərbaycandakı törəməsi - “Ziraat Bank Azerbaijan” ASC Qarabağda filial açmağa hazırlaşır.

Eləcə də bax: "Kapital Bank" Şuşada ilk bankomatını və ödəniş terminalını - Quraşdırdı

FED.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib.

"Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, - deyə o, qeyd edib.

Bankir həmçinin rəhbərliyində təmsil olunduğu “Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib: "Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövzəsi ölkələrindən investisiya cəlb edəcəyik". (Report)

Digər xəbərlər