Bank

"Unibank"dan sahibkarlara növbəti dəstək! – POSTERMİNAL ENDİRİMİ

"Unibank"dan sahibkarlara növbəti dəstək! – POSTERMİNAL ENDİRİMİ | FED.az
12:40 18 May 2020

Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib. Bank, POS-terminal və elektron kommersiya (e-commerce) partnyorlarına ekvayrinq komissiyalarında 50% endirim tətbiq edib. Bankın partnyorları olan sahibkarlar sentyabrın 30-dək POS-terminal və elektron kommersiya (e-commerce)  üzərindən qəbul etdikləri ödənişlərə görə komissiya haqqının yarısını ödəməyəcək. Bu güzəşt, bankın bu sahədə fəaliyyət göstərən bütün partnyorlarını əhatə edir.

Eləcə də bax: “Unibank” özünüməşğulluq layihəsi ilə kənd sakininin - ARZUSUNU REALLAŞDIRDI

FED.az xəbər verir ki, Unibank “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib. 2019-cu ilin nəticələri əsasında aparılan dəyərləndirmə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən aparılıb. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.

Unibank bundan sonra da ölkədə elektron ticarətin və nağdsız ödənişlərin inkişafına öz dəstəyini verməkdə, biznes tərəfdaşlarına sərfəli əməkdaşlıq təklifləri etməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Unibank- hər kəsin bankı!

Digər xəbərlər