Bank

Mərkəzi Bankda növbədənkənar - VALYUTA HƏRRACI

Mərkəzi Bankda növbədənkənar - VALYUTA HƏRRACI | FED.az
15:52 29 Mart 2020

29 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbədənkənar valyuta hərracı keçirilmişdir.

FED.az xəbər verir ki, Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərracda tələb 106,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil etmişdi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Digər xəbərlər