Banner

Bank

Xaricdən Azərbaycana göndərilən pullar - AZALIB

Xaricdən Azərbaycana göndərilən pullar - AZALIB | FED.az
14:15 13 Noy 2019

2019-cu ilin 9 ayında ölkəyə daxil olan pul baratları 793.5 milyon ABŞ dolları təşkil  edib.

FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 998 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, ölkəyə daxil olan pul baratlar 204,5 milyon dollar və ya 20,5% azalıb.

2018-ci ildə isə  ölkəyə daxil olan pul baratları 2017-ci ilə nəzərən 6% artaraq 1 milyard 80 milyon ABŞ dolları təşkil etmişdi.

Barat - bank və ya poçt vasitəsilə göndərilən puldur. 

Marja

Digər xəbərlər

Banner