Bank

Xarici auditorlar da bankları düz yoxlamırmışlar – «Pulu bank verir, bunlar sifariş almaq istəyir»

Xarici auditorlar da bankları düz yoxlamırmışlar – «Pulu bank verir, bunlar sifariş almaq istəyir» | FED.az
13:48 13 May 2020

Azərbaycan Mərkəzi Bankı (AMB)  hesab edir ki, ölkədə  bankların auditi ilə məşğul olan və illik hesabatlarını hazırlayan xarici təşkilatlar bəzi hallarda öz işlərini düzgün, vicdanlı yerinə yetirmirlər.

FED.az-ın «Xarici auditorlar bankları düzgün yoxlayırlarmı?» sualına cavab verərkən AMB rəhbəri Elman Rüstəmov bildirib ki, bu sahədə problemlər və boşluqlar var. Son nəticədə bu hallar və auditor təşkilatı ilə bank arasında yaranan maraqların konflikti bankların fəaliyyətinin düzgün qiyiətləndirilməməsinə, nəticədə sonradan banklarla bağlı ciddi problemlərin yaranmasına səbəb olur.  

Elman Rüstəmov bildirib ki, AMB-nin bankların hesabatlılığına nəzarəti artıracağı ilə bağlı planları xarici auditorları da əhatə edəcək: «Mən bu sahədə sahədə planlarımızı da açıqladım, bu sahədə böyük işlər görməyə hazırlaşırıq. Bunlardan ən mühümlərindən biri – (requlyatorun, yəni AMb-nin) xarici audit və bankın daxili nəarət orqanları ilə işin qurulmasıdır. Bu fundamental bir işdir, ilk növbədə qaunvericilik bazaısına baxmaq lazımdır ki, qanunvericilik requlyatorun tələblərini nə dərəcədə əhatə edir».

Elman Rüstəmov, görünür, artıq qalmaqala yol verməmək üçün xarici auditorların bəzi hallarda işlərini düzgün yerinə yetirmədiyini birbaşa deməsə də, etiraf edib ki, bu sahədə olan çatışmazlıqlar sonradan ciddi problemlərlə nəticələnib: «Biz bunu Beynəlxalq Bank məsələsində yaşamışıq».

Amma baş bankir bildirir ki, bu məsələlərə yenidən və ciddi baxmaq lazımdır: «Görünür, bu məsələyə yenidən baxmaq lazımdır. Requlyatorla xarici auditorun qarşılıqlı fəaliyyəti necə qurulmalıdır, ölkə daxilində xarici auditora hansı tələblər qoyulmalıdır ki, obyektiv hesabat hazırlasın və sair».

Baş bankir bildirir ki, bankın auditini aparan xarici şirkətlə həmin auditin pulunu verən bank arasında maraqların konflikti ola bilər. FED.az olaraq daha sadə desək, xarici auditor, hesabat hazırlayanda, sənəddə bu xidmətin pulunu ödəyən banka sərfəli olan məqamları qeyd edə bilər. 

Elman Rstəmov bildirir ki, belə hallarda vacibdir ki, xarici auditor dövlətin və digər maraqlı tərəflərin maraqlarını da nəzərə alaraq düzgün hesabat hazırlamalıdır: «Məsələ ondadır ki, xarici auditin sifarişçisi bankdır, audit xidmətinin haqqını o ödəyir. Bu baxımdan, auditor biznes baxımdan maraqlıdır ki, sifarişi alsın. Amma digər tərəfdən, auditor dövlət, bankın əmanətçiləri, hətta səhmdarları (çünki auditi bankın menecmenti sifariş verir), xüsusilə kiçik səhmdardar qarşısında ciddi məsuliyyət daşımalıdır ki, bankın vəziyyətini düzgün, obyektiv göstərsinlər».

«Bu sahədə görüləsi işlər var, mən burada bir daha tapşırıq verirəm komandamıza ki, bir daha o məsələ araşdırılsın və müzakirəyə çıxarılsın»-deyə baş bankir bildirib. 

Digər xəbərlər

Banner