“Yapı Kredi Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsini tərk edib.
Eləcə də bax: “Yapı Kredi Bank Azərbaycan”nın rəhbərliyini iki şəxs - TƏRK EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, vəzifəsini tərk edən Teymuraz Əmirovdur. O, iki il idi ki, İdarə heyətinə üzv seçilmişdi. Bununla da İdarə Heyətinin üzvlərinin sayı (sədrlə bərabər) 3-ə düşüb.
T.Əmirov 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
2002-2003-cü illərdə “Bakı Nəqliyyat -7” ATSC-də Hüquqşünas vəzifəsində çalışmışdır.
2004-2008-ci illərdə “Cred Agro” QBKT-də Hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
Peşəkar fəaliyyətinə Yapı Kredi Bank Azərbaycan da 2008-2009-cü illərdə Hüquqşünas, 2009-2018-ci illərdə Hüquq departamentinin müdiri və 13 fevral 2018-ci il tarixindən İdarə heyətinin üzvü olaraq davam etdirirdi.
Hazırda isə o Hüquq departameninin müdrizi vəzifəsində öz fəaliyyətini davam etdirir.