“Yelo Bank” ASC yeni inzibati binası üçün generatorların alınması, istismara verilməsi və həmçinin gələcəkdə texniki dəstəyin göstərilməsi məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, texniki şərtlər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.
– Qiymət təklifi
– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
– Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
– Təqdim ediləcək məhsulun keyfiyyəti
– Təklif ediləcək məhsulun qiyməti
– İştirakçı şirkətin bu sahədə təcrübəsi
– Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
– Müqavilənin icra müddəti
– Avadanlıqlara texniki servis xidmətinin müddəti
– Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
– Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
– Çin mühəriki olan generator təklifləri nəzərə alınmayacaq
– Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
– Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
– Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
– Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+99455 4577616