Banner

Birja

ABŞ birjalarının əhvalı yaxşıdır – İNDEKSLƏR YÜKSƏLİB

ABŞ birjalarının əhvalı yaxşıdır – İNDEKSLƏR YÜKSƏLİB | FED.az
10:35 9 Aprel 2020

ABŞ-da elan edilən 2,2 trilyon dollarlıq təşviq paketi və onun ardınca «tələb olunarsa məbləği 6 trilyona qaldırarıq» bəyanatlarından sonra birjalar aprelin 8-ni müsbət əhval-ruhiyyə ilə başa vurublar.

Eləcə də bax: Azərbaycanda özəl qiymətli kağızlar bazarı - «SIFIR SƏVİYYƏSİ»NƏ DÜŞÜB

FED.az xəbər verir ki, ötən gün Standard & Poor's 500 (S&P 500) İndeksi 3,4 faiz yüksəlib. Nəticədə indeks ən aşağı səviyyəyə düşdüyü 23 Martdan indiyədək 20 faiz yüksələ bilib.

Birjalarda daşınmaz əmlak, enerji və kommunal şirkətlərin də daxil olduğu 11 sektorda yüksəliş baş verib.

«Dow Jones» və «Nasdaq» Kompozit indeksləri də təxminən dörd həftənin  zirvəsinə qalxıb.

«Bazarlar, pislərə deyil, yaxşılara yönəlmiş kimi görünürlər» deyə investisiya şirkətinin direktoru Mike Loewengart bildirib.

Aprelin 8-də «S&P 500» indeksi 90,57 bənd və ya 3,41 faiz artaraq 2,749,98 bəndlə bağlanıb. «Dow Jones» indeksi 779,71 bənd və ya 3,44 faiz artıb. Nasdaq kompozit indeksi isə 203,64 bənd və ya 2,58 faiz artmaqla günü 8 090,90 bəndlə tamamlayıb.

Digər xəbərlər

Banner