Birja

AMB yerli bankların yüksək tələbini qarşılamaq üçün həcmi - 50% Artırıb

AMB yerli bankların yüksək tələbini qarşılamaq üçün həcmi - 50% Artırıb | FED.az
13:16 3 Mart 2021

3 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (50101189S dövlət qeydiyyat nömrəli) 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan FED.az-a bildirilir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və  99.5543 (5.76%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 572.29 milyon manat olmuşdur. Bu da 3.8 dəfə çox olması deməkdir.

Qeyd etməliyik ki, AMB-nin bu hərrac üçün planı əslində 100 mln. manat idi. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-nə qədər artırılır. Lakin, bu hərracda 50% artım olub.

Öncəki hərracda 200 milyon manat təklifə 642.32 milyon manat tələb olmuşdu.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%)  müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil etmişdir.

Notların ödəmə tarixi 31 mart 2021-ci ildir.

Xatırladaq ki, AMB-nin qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

Banner

Digər xəbərlər