2019-cu ilin yanvar – avqust ayları üzrə investisiya şirkətlərinin dövriyyəsi məlum olub.
FED.az xəbər verir ki, 7 investisiya şirkəti arasında ən böyük əməliyyat həcmi 6,309,855,213.64 manatla "PAŞA Kapital İnvestisiya" şirkətinə , ikinci pillə 2,357,547,261.56 manatla "AzFinance İnvestisiya" şirkətinə məxsus olub. Üçlüyü isə 1,333,977,733.02 manatla "Xalq Kapital İnvestisiya" şirkəti qapayır.
Digər ardıcıllıq isə aşağıdakı kimidir.
İnvest.Az - 1,070,571,102.25
Unicapital - 480,148,615.08
PSG Kapital - 328,128,530.56
BTB Kapital - 125,227,156.94