Birja

Azərbaycanda istiqraz sahibləri bir ayda - 90 MİLYON MANAT QAZANDILAR

Azərbaycanda istiqraz sahibləri bir ayda - 90 MİLYON MANAT QAZANDILAR | FED.az
08:59 9 Aprel 2021

Milli Depozit Mərkəzi 2021-ci ilin mart ayında qiymətli kağız sahiblərinə ödənilən kupon ödənişlərinin həcmini açıqlayıb.

Qeyd edək ki, kupon ödənişi – istiqraz sahiblərinə aldıqları istiqrazlara görə edilən ödənişlərdir.

Eləcə də bax: Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL

FED.az xəbər verir ki, martda istiqraz buraxan təşkilatlar, yəni emitentlər tərəfindən 118 investora kupon ödənişləri həyata keçirilib. Kupon ödənişlərin həcmi 52.4 mln AZN və 22,1 mln ABŞ dolları təşkil edib. Milli Depozit Mərkəzi bu prosesdə ödəniş agenti funksiyasını icra edib – yəni ödənişləri o həyata keçirib.

İstiqraz sahiblərinə ödəniş edən təşkilatlar Maliyyə Nazirliyi, AzerGold QSC, BOKT Embafinance QSC, Paşa Yatırım Bankası, UniBank ASC, Ferrum Kapital MMC, Bank BTB ASC şirkətləri olub.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Banner

Digər xəbərlər