Birja

Azərbaycanda səhm ticarəti üzrə – LİDER ŞİRKƏT MƏLUM OLDU

Azərbaycanda səhm ticarəti üzrə – LİDER ŞİRKƏT MƏLUM OLDU | FED.az
16:48 3 Mart 2021

Azərbaycanın qiymətli kağızlar bazarında yanvar-fevral aylarında investisiya şirkətlərinin dövriyəsi açıqlanıb.

Eləcə də bax: AMB yerli bankların yüksək tələbini qarşılamaq üçün həcmi - 50% Artırıb

FED.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki,  hazırda bazarda  fəaliyyət göstərən 9 investisiya şirkəti bu dövr ərzində Mərkəzi Bankın qiymətli kağızları, Maliyyə Nazirliyinin istiqrazları, korporativ istiqrazlar, repo əməliyyatları və səhmlərlə əməliyyatlar aparıblar.

Yanvar-fevral ayları üzrə 7 şirkət səhmlərlə əməliyyat aparıb və

səhm bazarının ümumi dövriyyəsi 863 milyon 078 min manat təşkil edib.

Səhmlərlə əməliyyatların böyük hissəsi  - 3-də ikisi ölkənin ən aktiv investisiya şirkətlərindən olan «İnvest-Az İnvestisiya Şirkəti» QSC-nin payına düşüb.

Belə ki, ilk iki ayda sözügedən şirkətin səhmlərlə əməliyyatlarnın ümumi həcmi 585 milyon 298 min manat təşkli edib ki, bu da ölkədə səhmlərlə aparılan bütün əməliyyatların 68%-ni təşkil edir.

Qeyd edək ki, bundan başqa, "İnvest-Az İnvestisiya Şirkəti" QSC digər qiymətli kağızlar, o cümlədən AMB qiymətli kağızları, Maliyyə nazirliynin istiqrazları və korporativ istiqrazlarla da əməliyyatlar aparır.

Bundan əlavə, şirkət bir qədər əvvəl 3 illik müddətə və illik gəlirliyi 6% olan dollar istiqrazları dövriyəyə buraxıb. Bu – hazırda ölkədə dövriyyədə olan ən yüksək faizli dollar yatırımı üsuludur.

Banner

Digər xəbərlər