Birja

Azərbaycanda korporativ qiymətli kağızlar bazarında - VƏZİYYƏT MƏLUM OLDU

Azərbaycanda korporativ qiymətli kağızlar bazarında - VƏZİYYƏT MƏLUM OLDU | FED.az
13:52 11 Yan 2020

Azərbaycanda korporativ qiymətli kağızlar üzrə bağlanmış əməliyyatların məbləği artıb. Sayı isə azalıb.

FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2019-cu ilin yekununa görə, korporativ qiymətli kağızlar üzrə bağlanmış əqdlərin ümumi həcmi 1 milyard 129 milyon 249 min manat olub. Bu göstərici 2018-ci ilin yekunu ilə müqayisədə 188 milyon 191 min manat və ya 19,99% çoxdur.

Eləcə də bax:“İnvest-Az”ın dövriyyəsində kəskin azalma – 70% GERİLƏYİB - SƏBƏB

Belə ki, 2018-ci ildə bu göstərici 941 milyon 058 min manat olub. 2018-ci illə müqayisədə bağlanmışq əqdlərin məbləğinin artmasına baxmayaraq say baxımından azalma müşahidə olunub. 2018-ci ildə korporativ qiymətli kağızlar bazarında 3,081 əqd bağlandığı halda 2019-cu ildə bu say 2,665 olub.

Artım təkrar bazarda olan əqdlərin hesabına baş verib. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə istiqrazların təkrar bazarında əqdlərin həcmi 443 milyon 603 min manat və ya 86,10% artaraq 958 milyon 793 min manat təşkil edib. Halbuki 2018-ci ildə bu rəqəm 515 milyon 191 min manat idi.

Həmçinin İpoteka istiqrazlarında da əhəmiyyətli artım müşahidə olunub. Belə ki, 2018-ci ildə ümumi dəyəri 421 milyon 976 min manat olan 53 əqd bağlandığı halda 2019-cu ildə bu məbləğ 494 milyon 410 min manat və ya 2 dəfədən çox artaraq 916 milyon 069 min manat olub. Lakin məbləğ artsa da əqdlərin sayı 53-dən 47-yə enib. 

Məlumat üçün bildirək ki, ilkin korporativ bazarda olduğu kimi, təkrar bazarda da 2018-ci illə müqayisədə 2019-cu ildə bağlanmış əqdlərin sayı azalıb. Belə ki, geridə qoyduğumuz 2019-cu ildə 2 606 əqd bağlandığı halda 2018-də bu say 2 909 olub.

Ümumilikdə korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınıb. Nəticə olaraq, Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artıb.

Digər xəbərlər