Birja

Bakı Fond Birjası və “Günay Sığorta” - MÜQAVİLƏ BAĞLAYIB

Bakı Fond Birjası və “Günay Sığorta”  - MÜQAVİLƏ BAĞLAYIB | FED.az
13:38 25 Fev 2020

“Günay Sığorta” ASC BFB-nin Listinq Məsləhət Proqramına qoşulun. 

FED.az xəbər verir ki, bununla əlaqədar olaraq, “Bakı Fond Birjası” QSC (BFB) və “Günay Sığorta” ASC arasında 20 fevral 2020-ci il tarixində “Listinq Məsləhət Proqramı” üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Proqramın əsas məqsədi qiymətli kağız buraxmaq istəyən şirkətlərin BFB-nin mövcud bazar seqmentlərinin tələblərinə cavab verəcək səviyyədə hazırlanmasına və kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə dəstək olmaqdan ibarətdir. Proqrama şirkətlər həm emitent, həm də tərəfdaş qismində qoşulmaqla Bakı Fond Birjası ilə əməkdaşlıq edə bilərlər.

Bu proqrama tərəfdaş qismində qoşulan şirkətlər emitentlərə güzəştli əsaslarla öz xidmətlərini təklif etmək imkanı əldə etmiş olurlar. Bununla da, LMP daxilində emitent qismində qoşulan şirkətlərin həm qiymətli kağız buraxılışına hazırlaşa biləcəyi, həm də müxtəlif istiqamətlərdə tərəfdaşlar qazana biləcəyi  dayanıqlı ekosistem formalaşdırılmış olunur.

Memoranduma əsasən Günay Sığorta şirkəti Listinq Məsləhət Proqramı çərçivəsində emitent qismində qoşulan şirkətlərə güzəştli əsaslarla sığorta xidmətinin göstərilməsi və bu istiqamətdə məsləhət xidmətlərinin göstərilməsi üzrə Bakı Fond Birjası ilə əməkdaşlıq edəcəkdir.

Digər xəbərlər

Banner