Birja

Banklar Mərkəzi Bankın notlarına  hücum çəkdilər – 4  QAT TƏLƏB

Banklar Mərkəzi Bankın notlarına  hücum çəkdilər – 4  QAT TƏLƏB | FED.az
16:06 8 İyul 2020

İyulun 8-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50100283S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 436 milyon manat olub. Başqa sözlə, notlara tələbat təklifdən 4,3 dəfə artıq olub.  Sifarişlərin çoxluğu Mərkəzi Banka imkan verib ki, notları minimum faizlə yerləşdirsin. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilib.

Notların ödəmə tarixi 05.08.2020

Digər xəbərlər

Banner