Birja

Banklar yenə Mərkəzi Bankın notlarına qayıtdılar - 3 QAT TƏLƏB

Banklar yenə Mərkəzi Bankın notlarına qayıtdılar - 3 QAT TƏLƏB | FED.az
15:26 24 İyun 2020

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100282S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 12 investor tərəfindən qiymət 99,4966 manat (6,51%) 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 314 213 900 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 manat (6,51%), orta ölçülmüş qiyməti 99,4966 manat (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 22 iyul 2020-ci ildir.

Digər xəbərlər

Banner