Birja

BFB-də AMB-nin - 100 MİLYON MANATLIQ NOTLARI YERLƏŞDİRİLİB

BFB-də AMB-nin  - 100 MİLYON MANATLIQ NOTLARI YERLƏŞDİRİLİB | FED.az
15:53 8 Aprel 2020

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101379S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

FED.az-ın BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,4400 AZN (7,24%) və 99,4773 AZN (6,76%) olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 564 700 AZN olub.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4400 AZN (7,24%), orta ölçülmüş qiyməti 99,4605 AZN (6,97%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000 AZN təşkil edib. 

Notların ödəmə tarixi 06.05.2020-ci ildir.

Digər xəbərlər

Banner